Dövlət Agentliyi etiraz edən qazi ilə bağlı açıqlama yayıb

Vətən müharibəsi iştirakçısı, Astara rayon, Pensər kənd sakini Rüstəmov Elnur Eldar oğlu əlillik almaq üçün dəfələrlə həm Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində, həm də nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qəbul edilib, ona qanunvericilik izah edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edilib ki, iyunun 16-da bir daha nazirliyə gələrək eyni məzmunda tələblərini irəli sürüb, müraciəti cavablandırılıb, izahat verilməsinə baxmayaraq, o, qeyri-etik hərəkətlərə yol verib, əməkdaşları təhqir edib, iş ahəngini pozaraq qəbul şöbəsinin avadanlığını təpiklə qırıb. "Məlumat üçün bildirək ki, E.Rüstəmov həm martın 14-də, həm də aprelin 19-da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Hər iki əyani müayinə zamanı şəxsin diaqnozunun əlilliyə əsas verməməsi barədə qərar qəbul edilib. Müayinə zamanı onda simulyasiya izlənilib, əlavə olaraq zəif görmədən şikayəti araşdırılıb. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən təqdim edilən tibbi rəy də əlillik təyinatına əsas verməyib. Həmçinin Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilən şəhadətnamədə qeyd edilən diaqnozun və hazırki vəziyyətinin əlilliyə əsas vermədiyi təsbit olunub. Elnurun məşğulluğu ilə bağlı Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq addım atılıb. O, özünüməşğulluq proqramı üzrə qeydiyyatdan keçib, ötən ilin avqustunda “maldarlıq təsərrüfatı” zərfi üzrə təlimlərə cəlb edilib. Dəfələrlə dəvət olunmasına baxmayaraq təlimlərdə və qiymətləndirmədə iştirak etməyib. Dövlət Sosial Müdafiə Fondu tərəfindən Elnur Rüstəmova 1 yanvar 2022-ci ildən müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edilib".
Cəlilabadda qadın qətlə yetirilib - Şübhəli şəxs axtarılır
Oğurladığı 10 min manatla brend mağazalardan alış-veriş edən şəxs saxlanıldı – VİDEO
Park edilmiş avtomobillərin arasından yola qaçan qadın riskli vəziyyət yaratdı - VİDEO
Yasamalda hərəkətdə olan “Changan” qəfil alışdı - FHN müdaxilə etdi - VİDEO
Piyada keçidi ola-ola yolu maşınların arasından keçdilər - VİDEO
Uşaqların tədbirində hava şarı qopdu, 3 nəfər xəsarət aldı - VİDEO
Avtobusda yaşanan insident sərnişin davranışını gündəmə gətirdi
Kafedə dava edib yolda avtomobilə hücum etdilər - Hər üçünə həbs verildi
Binanın fasadı uçdu, avtomobillər altında qaldı - Bakıda dəhşət yaşandı - VİDEO
Bakıda sürücünün zərərsizləşdirildiyi an - VİDEO
Bakıda ŞOK cinayət - Basqın edildi - FOTO - VİDEO














