DSX Neft Daşlarında ƏMƏLİYYAT KEÇİRDİ: saxlanılan var - VİDEO

Pirallahı istiqamətində Neft Daşlarına doğru hərəkət edən naməlum hədəf müşahidə edilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Avtosfer.az-a verilən xəbərə görə, fevralın 17-də saat 23:40-da Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Pirallahı istiqamətində Neft Daşlarına doğru sürətlə hərəkət edən 1 ədəd naməlum hədəf müşahidə edilmiş və dərhal sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilib.
Sərhəd gözətçi gəmisi tərəfindən ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində Neft Daşlarının şimal-qərbində estakadaların arasında 1 nəfərin qayığın bortunda olan bağlamaları estakadanın üzərində olan naməlum şəxsə ip vasitəsilə ötürülməsi və estakadanın arasından çıxaraq sürətlə hərəkətini Cilov adası istiqamətində davam etdirməsi müşahidə olunub.
Azərbaycan Respublikasının ərazi sularında üzmə qaydalarını pozaraq gecə vaxtı strateji əhəmiyyətli infrastrukturun təhlükəsizlik zonasına daxil olmuş qayığı idarə edən naməlum şəxs sərhədçilərin qanuni dayan tələblərinə məhəl qoymayaraq idarə etdiyi qayığı təqibdən yayınmaq məqsədilə sərhəd gözətçi gəmisinin ön sol bortuna vurub. Daha sonra sahilə doğru hərəkətini davam edərkən idarəetməni itirərək adanın cənub-şərqində olan estakadaya çırpılıb və qayığı idarə edən şəxs baş nahiyəsindən xəsarət alıb.
Sərhəd gözətçi gəmisinin heyəti tərəfindən PR-2077 bort №-li, taxta tipli, yamaha-55 və yamaha-75 mühərrikli qayığın heyət üzvü 32 yaşlı Pirallahı rayon, Pirallahı qəsəbə sakini Panfilov Roman Viktoroviç saxlanılaraq gəminin bortuna gətirilib, ilkin tibbi yardım göstərildikdən sonra sahilə çıxarılaraq Cilov adasında yerləşən Xəstəxanaya yerləşdirilib.
Fakt üzrə araşdırma tədbiri davam etdirilir.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












