Duqinanı ukraynalı Natalya öldürüb - FOTO

“Jurnalist Darya Duqinanın qətlinin üstü açılıb, sui-qəsdi Ukrayna xüsusi xidmət orqanları hazırlayıb, 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Natalya Vovk icra edib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İctimai Əlaqələr Mərkəzindən bildirilib.
Məlumata görə, N. Vovk 2010-cu il təvəllüdlü qızı Şaban Sofiya Mixaylova ilə 2022-ci il iyulun 23-də Rusiyaya gəlib. Sui-qəsd günü Vovk və Şaban Duqinanın fəxri qonaq qismində iştirak etdiyi “Traditsiya” ədəbi-musiqili festivalında olublar. Hadisədən sonra Vovk qızı ilə bərabər avqustun 21-də Pskov vilayətindən keçərək Estoniyaya gedib.
FTX-dən bildirilib ki, Duqinanın qətlinin təşkili və onun həyat tərzi haqda məlumatların toplanılması üçün Vovk qızı ilə Moskvada mərhumun yaşadığı evdə mənzil kirayələyib. Cinayətkarlar jurnalisti təqib etmək üçün “Mini Cooper” markalı avtomobildən istifadə ediblər. Onlar Rusiyaya girişdə qondarma Donetsk Xalq Respublikasına məxsus Е982ХН DPR dövlət nömrə nişanını, Moskvada Qazaxıstana məxsus 172AJD02 dövlət nömrə nişanını, çıxışda isə Ukraynanya məxsus AH7771IP dövlət nömrə nişanını istifadə ediləb.
İstintaq materialları İstintaq Komitəsinə təqdim olunub.
Bir qədər sonra hüquq-mühafizə orqanlarından bildirilib ki, N. Vovk Rusiyaya təhvil verilməsi üçün axtarışa veriləcək.

Fotoda Darya Duqina

Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












