Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi - VİDEO - YENİLƏNİB

Hadisə 3 Avqust 2026 12:36
Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi - VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

"Xətai rayonu, Gəncə prospektində yaşayış binasından 24-25 metr məsafədə yerləşən, hündürlüyü 12-16 metr, uzunluğu 140-150 metr olan sərt kəsilmiş yamacın 28-30 metrlik hissəsində sürüşmə prosesi baş verib".

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev məlumat verib.

O bildirib ki, sürüşmə torpaq qatının islanması nəticəsində yamacın asılı vəziyyətdə olan hissəsinin dayanıqlığının zəifləməsi və ağırlıq qüvvəsinin təsiri ilə torpaq kütləsinin yamac boyu hərəkət etməsi nəticəsində baş verib.

Onun sözlərinə görə, sürüşən torpaq kütləsinin həcmi təxminən 4.5-5 kubmetr təşkil edir.

Ərazi aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır və müvafiq tədbirlər görülür.

***12:23

Paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində torpaq uçqunu olub.

Avtosfer.az xəbər verir ki, hadisə Gəncə prospektində yeni tikilmiş binalardan birinin yaxınlığında baş verib.

Təpəlik ərazidən uçan torpaq qatı orada park edilmiş avtomobillərin üzərinə düşüb. Nəticədə, bir neçə maşına zərər dəyib.

Xatırladaq ki, bu ərazidə daha əvvəl də oxşar hadisələr qeydə alınıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

itv

 

Oxunub : 1652
ŞƏRH YAZ
Ad

E-mail

Şərh