Elektron order, elektron müqavilə və digər elektron xidmətlərin ictimaiyyətə təqdimatı keçirilib
Aprel ayının 3-də “Badamdar Estate” mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə elektron order, elektron müqavilə və digər elektron xidmətlərin ictimaiyyət üçün təqdimatı keçirilib.
Tədbirdə ARVK-nın Rəyasət Heyətinin üzvləri, dövlət və özəl qurumlarının, qeyri-hökümət təşkilatlarının, hüquq cəmiyyətlərinin və KİV nümayəndələri iştirak ediblər.
Mərasimdə əvvəlcə Kollegiyanın 2023-cü il üzrə hesabat videosu nümayiş etdirilib.
Sonra açılış nitqi ilə çıxış edən Kollegiyanın sədri Anar Bağırov iştirakçıları salamlayaraq, ARVK-da son illər görülən işlərdən, elektron xidmətlərin mahiyyətindən, əhəmiyyətindən və ümumi fəaliyyətlərindən geniş söz açıb.
Sədr son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini, bu sahədə müəyyən layihələrə imza atıldığını, o cümlədən Kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi” sistemindən artıq bir sıra vəkillərin istifadə etdiyini və sözügedən təşəbbüsün bütün vəkillər tərəfindən dəstəkləndiyini deyib.
Məqsədin vəkillərin işinin asanlaşdırılması, vaxt itkisinin qarşısının alınması və vətəndaş məmnunluğunun yaradılması olduğunu söyləyən Anar Bağırov elektron vəkil sorğusu ilə bağlı da müəyyən işlərin görüldüyünü, bu istiqamətdə müvafiq normativ hüquqi aktlara dəyişikliklə bağlı təkliflərin hazırlandığını və aidiyyəti qurumlarla razılaşdırıldığını bir daha ifadə edib.
Həmçinin, ARVK-nın müasir çağırışlara tam hazır olduğunu bildirən sədr yaxın zamanda “Elektron vəkillik” Komitəsi tərəfindən hazırlanan “Pro Bono ChatBot” süni intellektin istifadəyə veriləcəyini vurğulayıb. Diqqətə çatdırılıb ki, bu bot süni intellektdən istifadə edərək vətəndaşlara Pro Bono hüquqi yardım göstərəcəkdir.
Tədbirin davamında “Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev “Elektron vəkil orderi” və elektron müqavilələrin izahlı təqdimatını edib. Komitənin üzvü İlham Hüseynov isə elektron vəkil sorğusuna digər qurumların inteqrasiyası və qanunvericilikdəki dəyişikliklə bağlı məlumat verib. Eyni zamanda, “Pro Bono ChatBot” süni intellektin təqdimatı olub, o cümlədən ictimaiyyət “İnsan resurslarının elektron idarə edilməsi” və “Elektron kargüzarlıq” sistemləri barədə məlumatlandırılıb.
Daha sonra qonaqların sualları cavablandırılıb, “Elektron vəkil orderi”, ondan istifadə vasitələri ilə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər irəli sürülüb.
Qeyd edək ki, məlum olduğu kimi, Rəyasət Heyətinin 3 mart 2024-cü il tarixli iclasında, “Elektron vəkil orderi” cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi barədə qərar verilib.





Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












