Elektron poçtunu açdı: 150 min dollar itirdi

Avstraliya sakini, 60 yaşlı Renato Kalalanq, e-poçt fırıldaqçılığı səbəbiylə demək olar ki, bütün pensiya əmanətlərini itirdikdən sonra maliyyə fəlakəti ilə üzləşib.
Avtosfer.az-ın Lent.az-a istinadla məlumatına görə, Renatonun təsvir etdiyi kimi, o, Manila bankı vasitəsilə mərhum əmisi oğlundan 3,8 milyon avro miras aldığını iddia edən bir e-poçt alıb. Məktub həmçinin mirasın açılması üçün müəyyən rüsumların ödənilməsini tələb edirdi. Fırıldaqçılara güvənən Renato üç ay ərzində hesabında bir qəpik də qalmayana qədər pul köçürməyə başlayıb.
"Maliyyə azadlığım əlimdən alındı və mən özümə hörmətim indi normadan aşağıdır. Ailə məni ayaqda saxlayan yeganə şeydir", - kişi etiraf edir.
“Commonwealth Bank” nümayəndələrinin fikrincə, “miras”la bağlı belə saxtakarlıq sxemləri çox yayılıb. Bank müştəriləri ayıq olmağa və qarşılığında gələcək miras vəd edən yad şəxslərə pul köçürməməyə çağırır.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












