Ermənilərin Şamaxıda törətdiyi soyqırımı: Bir ailənin doqquz üzvü öldürülüb - VİDEO

1918 ci il Mart soyqırımı bəşər tarixinin ən dəhşətli qətliamlarından biridir. Erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, minlərlə azərbaycanlı amansızca qətlə yetirilib, xalqımız ağır faciələrə məruz qalıb. Ermənilərin soyqırımına məruz qalan bölgələrdən biri də Şamaxı qəzası olub. Tarixçi Cavid İslamovun sözlərinə görə, Şamaxı qəzasında soyqırımı nəticəsində 22 mindən çox soydaşımız qətlə yetirilib. Burada ən çox qırğın törədilən ərazi Əngəxaran kəndi olub. Kəndin 500-dən çox sakini xüsusi amansızlıqla qətlə yetirilib. Həmin hadisələrdə bir ailənin 9 üzvü öldürülüb, nəsildən geriyə bir nəfər də olsun, qalmayıb. 31 Mart soyqırımı nəticəsində Şamaxıda bir çox tarixi abidə dağıdılıb, 13 məscid yandırılıb. Həmin məscidlərdən biri də Şamaxının tarixi Cümə məscidi idi. Hadisələrə şahidlik edən məscid bu gün də qorunub saxlanılır. Şəhərə gələn qonaqlara həmin faciənin izləri təqdim olunur. Bu soyqırımı aktının baş verdiyi tarixdən bir əsrdən artıq zaman keçməsinə baxmayaraq, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz izlər qoyub.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












