Falçı Bakıya karqoda qurd yağı göndərdi - Qadının əri evdən getdi

Dua yazmaqla qadına ərinin başqa qadınla görüşməsinin qarşısını alacağını deyən 67 yaşlı falçı saxlanılıb. Avtosfer.az “Qaynarinfo”ya istinadən xəbər verur ki, Naxçıvanda yaşayan, 20 ildir falçılıqla məşğul olan 1957-ci il təvəllüdlü Atlaz Quliyeva barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Məlum olub ki, Abşeron rayonunda yaşayan zərərçəkmiş A.İ. ərinin başqa qadınlarla yaxın münasibətdə olmasından xəbər tutub və onları ayırmaq üçün müxtəlif yollar axtarıb.
A.İ. Şərur rayonunun Yuxarı Aralıq kəndində falçılıqla məşğul olan Atlaz adlı falçı qadına zəng edib. Altaz ona dualar yazacağını və əri İsmətin evə bağlı kişi olacağına inandırıb. Bunun qarşılığında isə zərəçəkəndən 2000 manat pul istəyib.
A.İ. Atlazla razılaşıb bə kartına pul göndərib. Pul göndərildikdən 3 gün sonra Atlaz oğlu Ələmdar Quliyevin adından ona "sürət karqo" vasitəsi ilə kağıza yazılmış dualar, açar, qıfıl, qadın və kişi maykaları, qurd yağı, 15 ədəd qoz və bir ovuc qara kişmiş göndərib. Falçı qadın zərərçəkmişə həmin əşyalardan birini dənizə atmağı, qalanını isə özü və ərinin yeməsini tapşırıb.
Qadın falçının dediklərini etsə də, əri ondan ayrılaraq, evi tərk edib. Zərərçəkmiş ərinin evdən getməsindən qəzəblənərək hüquq-mühafizə orqanlarına şikayət verib. Amma məhkəməyə qədər Atlaz Quliyeva A.İ.-dən aldığı pulu geri qaytarıb.
Məhkəmə 67 yaşlı falçı qadının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verib və onu cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












