FHN: Zaqatalada meşə yanğınının yayılmasının qarşısı alınıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ölkənin şimal-qərb bölgəsindəki meşə yanğınları ilə mübarizə tədbirləri davam etdirilir.
Nazirlikdən Avtosfer.az-a verilən xəbərə görə, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətindəki yanğının yayılmasının qarşısı alınıb, hazırda tüstü mənbələrinin söndürülməsi üzrə tədbirlər davam etdirilir.
Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi tədbirləri davam etdirilir.
Bundan əlavə, İsmayıllı rayonunun Bəhliyan kəndi yaxınlığında baş vermiş yanğının yayılmasının qarşısı alınıb və hazırda yanğının söndürülməsi əməliyyatı davam etdirilir.
Yanğınlarla mübarizə əməliyyatında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzi və Aviasiya dəstəsinin ümumilikdə 430 nəfərə yaxın şəxsi heyəti və 21 ədəd texnikası, o cümlədən 3 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli kənd sakinləri iştirak edir.
Qeyd edək ki, bütün göstərilən yanğınlar mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə baş verib.
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu
Qayda pozan sürücü onu çəkən qadın sərnişini təhqir etdi - VİDEO
Yaşayış kompleksində park edilmiş “Hyundai” bir anda alova büründü - VİDEO
Heyvanlardan qazanc əldə edən “Bio Garden”də itlər acınacaqlı vəziyyətdədir - VİDEO
Kürdəmirdə sürücü avtomobillə iti vurdu; sürüb qaçdı – VİDEO
Yanğın zavodun boş anbar ərazisində baş verib - “Azərsun Holdinq”dən açıqlama - FOTO - YENİLƏNİB
Aviaşirkət rəhbəri kerosinin bahalaşmasını arzulayır











