Fotosessiyadan sonra sevgilisini 30 bıçaq zərbəsi ilə öldürdü

Rusiyanın paytaxtı Moskvada kişi fotosessiyaya getdikdən sonra sevgilisini öldürüb.
Avtosfer.az Rusiya KİV-ə istinadla bildirir ki, Moskvada 34 yaşlı sevgilisini qətlə yetirən 33 yaşlı kişi saxlanılıb.
Faciə yanvarın 3-də Polina Osipenko küçəsində yerləşən yaşayış binasının mənzilində baş verib. Müstəntiqlər mərhumun bədənində ən azı 30 bıçaq yarası aşkar ediblər.
Məlumata görə, cütlük bir neçə günə Voloqdadan paytaxta gəlib. Onlar bayram fotosessiyasından sonra kirayə yaşadıqları evə qayıdıblar. Qonşuların dediyinə görə, qışqırıq və kömək yalvarışlarını eşidəndən sonra polisə müraciət ediblər.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (“Qətl”) ilə cinayət işi başlanıb. Yaxın vaxtlarda istintaq şübhəlinin həbsi üçün məhkəməyə müraciət etməyi planlaşdırır.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












