Füzulidə 33 yaşlı kişi həyat yoldaşını oğurladı

Füzuli rayonunda kişi həyat yoldaşını oğurlayıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Horadiz qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Təbriz Baxışov (soyadı şərtidir) qəsəbə ərazisində bir xanımla tanış olub. Onlar bir-birilərini sevsələr də, Təbrizin valideynləri onların ailə qurmasına icazə verməyiblər. Bir müddətdən sonra Təbriz qızı qaçırıb və valideynləri də əlacsız qalıb onların evlənmələrinə icazə veriblər. Cütlük rəsmi nikaha daxil olub. Amma problem bununla bitməyib. Qız hamilə olandan sonra öyrənib ki, Təbrizin başqa qadından 6 yaşlı övladı var. O bu barədə Təbrizə irad bildirəndə, kişi onu döyərək təhqir etməyə başlayıb. Qadın bu barədə valideynlərinə məlumat verib və evdən çıxaraq atasının evinə gedib.
Bir aydan sonra Təbriz qadının evə qayıtmasını tələb edib. Lakin gəlin və onun valideynləri buna etiraz ediblər. Hadisədən əsəbiləşən Təbriz evdən bıçaq götürərək qayınatasının evinə gedib. O, evə daxil olaraq bıçağı gəlinin boğazına dirəyərək, ölümlə hədələyib. Daha sonra o, qadını məcburi oğurlayaraq öz evinə gətirib.
Hadisə ilə bağlı qadının valideynləri polisə məlumat veriblər. Polis əməkdaşlarının tədbirləri ilə Təbriz saxlanılıb, gəlin isə azad edilərək valideynlərinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Baxışov 9 il azadlıqdan məhrum edilib.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












