
Gəncədə keçmiş məhkum "Kalaşnikov"la tutuldu
Hadisə
18 Fevral 2023 20:30
Oxunub 850

Gəncə sakini odlu silahla saxlanılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları əldə olunan məlumat əsasında əməliyyat tədbiri keçiriblər.
Nəticədə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Vəliyevdən nömrəsi silinmiş “AKM” markalı avtomat silahı və 1 ədəd patron götürülüb.
ŞƏRH YAZ