Gəncədə 3 nəfər bıçaqlanıb

Gəncə şəhərində bir ailənin üç üzvünün bıçaqlandığı hadisənin bəzi təfərrüatlar məlum olub.
Hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Babək Nəsirov Gəncə şəhərində yaşayan keçmiş həyat yoldaşı, 1993-cü il təvəllüdlü Elnurə Əlimərdanova ilə mübahisə edib. Mübahisə zəminində qadını boyun nahiyəsindən bıçaqlayıb. Həmçinin qadının qardaşını, 1992-ci il təvəllüdlü Elnur Rövşən oğlu Əlimərdanovu kürəyindən, onların qohumu, 1980-ci il təvəllüdlü Elşən Qabil oğlu Əlimərdanovu isə boyun nahiyəsindən bıçaqlayıb, daha sonra isə hadisə yerindən qaçıb.
Hər üç zərərçəkən xəstəxanaya yerləşdirilib, cərrahiyyə əməliyyatı olunub.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az-ın xəbərinə görə, 1993-cü il təvəllüdlü Elnurə Əlimardanova, 1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Hər üç zərərçəkənin yaraları tikilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumta görə bıçaqlanan şəxslər bir ailənin üzvüləridir. Hadisəsin səbəbi məlum deyil.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












