Gəncədə evdə müğənni və rəqqasənin meyitləri aşkarlandı - FOTO - YENİLƏNİB

Daxili İşlər Nazirliyi müğənni Turxan Əliyev və rəqqasə Aytən Abdullayevanın Gəncədə evdə meyitlərinin aşkarlanması ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, həmin şəxslərin yaxın qohumları 1 gün əvvəl Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərək həmin şəxslərin itkin düşməsi barədə məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində onların yeri müəyyən edilib, mənzilin qapısını açan polislər itkin düşən şəxslərin cansız bədənlərini tapıb. Hadisə yerinə şəhər Prokurorluğunun əməkdaşları dəvət olunub, faktla bağlı araşdırmalar davam etdirilir.
***
Gəncədə müğənni ilə rəqqasənin meyitləri aşkarlanıb, qazdan zəhərləndikləri ehtimal olunur.
Hadisə şəhərin Muxtar Hacıyev küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Gəncə şəhər sakinləri, 2000-ci il təvəllüdlü Aytən Elsevər qızı Abdullayeva və 1989-cu il təvəllüdlü Turxan Tofiq oğlu Əliyevin meyitləri şəhərin Muxtar Hacıyev küçəsində yerləşən evlərin birində aşkarlanıb.
Onların dəm qazından zəhərlənərək dünyasını dəyişdiyi ehtimal olunur.
Qeyd edək ki, A.Abdullayeva rəqqasə, T.Əliyev isə müğənni olub.
Qızın yaxınları dünənki tarixdə, oğlanın yaxınları isə bu səhər polisə onların itkin düşməsi ilə bağlı məlumat verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (report)
***
Gəncədə evdə qadın və kişi meyitləri aşkarlanıb.
1989-cu il təvəllüdlü Turxan Əliyev Tofiq oğlu və 2000-ci il təvəllüdlü Aytən Abdullayeva Elsəvər qızının evdə meyitləri aşkarlanıb.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
Ölümün baş vermə səbəbləri araşdırılır.
Məlumata görə, hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat veribmiş.
Qeyd edək ki, Turxan Əliyev müğənni, Aytən Abdullayeva rəqqasə olub. (apa)

Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












