Gəncədə evdə qaz balonu partladı, xəsarət alan var - YENİLƏNİB

Gəncədə evdə qaz balonu partlayıb.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1981-ci il təvəllüdlü Günay Ələkbərova bədənin müxtəlif hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, 41 yaşlı qadın yaşadığı evdə qaz balonunun partlaması nəticəsində yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
***
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, qaz partlayışı mənzildə deyil, bina sakinlərinin ümumi istifadəsində olan xeyir-şər evində baş verib.
Belə ki, yas mərasimi zamanı aşpaz xanım qaz sobasını yandıran zaman, qazı çox açıb və yandırmağa ləngidiyindən ani alovlanma baş verib. Nəticədə G. Ələkbərova əl və üz nahiyələrinin 3-cü dərəcəli yanıq xəsarətləri alıb. Hazırda xəstəxanada olan G. Ələkbərovanın vəziyyəti normaldır
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












