Gəncədə külək evin talvarını uçurub, binanın dam örtüyünü dağıdıb - FOTO

Son günlər hava şəraitinin kəskin pisləşməsi fonunda Gəncə şəhərində əsən güclü külək müəyyən fəsadlar törədib.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, güclü küləyin təsirindən Gəncə şəhəri, Vaqif Qəmərli küçəsində yerləşən fərdi yaşayış evinin talvarının uçaraq mənzilə giriş-çıxışın məhdudlaşması və ətraf üçün təhlükə yaranması barədə FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə qeyd olunan fərdi yaşayış evinə giriş-çıxışı bərpa edərək təhlükəni aradan qaldırıblar. Bundan başqa, Gəncə şəhəri, Gülüstan yaşayış massivində beşmərtəbəli, 6 blokdan ibarət yaşayış binasının dam örtüyünün bir hissəsinin dağılaraq yerə tökülməsi nəticəsində yaranmış təhlükə ilə əlaqədar əraziyə cəlb olunmuş nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.


Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ














