Gəncədə mağazadan oğurluq etmək istədi: İş başında yaxalandı - ANBAAN VİDEO

Gəncədə mağazadan oğurluq etmək istəyən şəxs cinayət başında saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, hadisə aprelin 1-i gecə saatlarında baş verib. Gəncə Regional Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları tərəfindən obyektə baxış zamanı mağazanın arxa pəncərəsinin naməlum şəxs tərəfindən sındırıldığı və içəriyə daxil olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılıb və ərazi üzrə Kəpəz Rayon Polis İdarəsinə təhvil verilib. İstintaq zamanı mağazaya daxil olan şəxsin Gəncə şəhər sakini İlham Zeynalabdıyev olduğu müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












