Gəncədə qadını "Baku Bus"ın avtobusu vurdu - YENİLƏNİB

Gəncə şəhərində "BakuBus"ın iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, yanvarın 22-də saat 10:00-da 1995-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Üz nahiyəsinin sıyrılmış yaraları, döş qəfəsinin sağ tərəfinin əziyi, qabırğanın sınığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir./oxu.az
***
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 11:00-da şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
"BakuBus"a məxsus 15 saylı xətt üzrə işləyən sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən 1995-ci il təvəllüdlü Nuranə Əfqan qızı Zeynalovanı vurub. Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.
"BakuBus" MMC-dən bildirilib ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospektində 15 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
"İlkin məlumata əsasən, qadının piyadalar üçün nəzərdə tutulmayan ərazidən qəfil yola çıxması səbəbindən sürücü nəqliyyat vasitəsini dayandıra bilməyib və nəticədə piyada xəsarət alıb. Xəsarət alan şəxs dərhal təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib. "BakuBus" MMC bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına riayət etməyə, xüsusilə piyada keçidlərindən istifadə etməyə və diqqətli olmağa çağırır", - deyə məlumatda bildirilir.
***11:18
Gəncədə qadın piyadanı sərnişin avtobusu vurub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. Hərəkətdə olan "BakuBus"a məxsus sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən 1995-ci il təvəllüdü N.Zeynalovanı vurub. Qadın piyada xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO












