Gəncədə təhlükəli vəziyyət: Sakinlər risk altındadır - VİDEO

Gəncədə suvarma kanalının üstünün açılması yaxınlıqda yaşayan sakinlər üçün təhlükəyə çevrilib.
Təcili tədbir görülməzsə həm piyadalar, həm də maşınların istifadə etdiyi yol tamamilə bağlanmalı olacaq. Suvarma kanalının üzərindəki torpaq örütüyünün yuyulması yaxınlıqda yaşayan sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Söhbət Gəncənin Yeni Gəncə yaşayış massivi yaxınlığından, Humantar Kollecin ərazisi deyilən yerdən gedir. Evlərin yanından keçən Xan arxı adlı suvarma kanalının üzrənin açılması ərazidə təhlükəli vəziyyət yaradıb. Sakinlər deyir ki, yaranmış vəziyyətlə bağlı kanala xidmət göstərən Göyöl Suvarma Sistemləri İdarəsinə məlumat verilib və onlar tərəfindən əraziyə baxış keçirilib. Qabaqlayıcı tədbir və təmir isə hələ ki aparılmayıb. Kanala xidmət göstərən Göyöl Suvarma Sistemləri İdarəsindən bildirilib ki, təmirə başlamaq üçün kanalda suyun axını dayandırılmalıdır. İdarənin rəisi İsmayıl Əvəzovun sözlərinə görə, bunun üçün 17 km-lik kanal üzərindəki əkin sahələrinin mövsümi suvarılması başa çatdırılmalıdır. Bu isə təxminən 5 gün sonra mümkün olacaq.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












