Gömrükdə insident: Qazi həbs olundu...

Hadisə 18 Mart 2024 19:58 Oxunub 336
Gömrükdə insident: Qazi həbs olundu...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İki gün əvvəl Bakı Baş Gömrük İdarəsində gömrük inspektoru Aqil İbadovla sahibkar arasında mübahisə yaranıb, dava düşüb, hər iki tərəf bir birini təhqir edib. Baş verən hadisənin videogörüntüsü  ölkə mətbuatında, sosial şəbəkələrdə yayılıb. Sahibkarla Gömrük məmuru arasında baş vermiş insidentə səbəb isə ölkəyə gətirilən hansısa yükün qiymətləndirilməsi ilə bağlı olub.

Ümumiyyətlə, Gömrükdə yüklərin qiymətlənidilməsi zamanı sahibkarkala gömrük inspektorları, rəisləri arasında həmişə narazılıq yaranır. Bu hallar var və bəlli narazılıqlar mütəmadi olaraq mətbuatda işıqlandırılır.

Bu arada videogörüntünün yayılmasından dərhal sonra Gömrük Komitəsi baş verənlərə aydınlıq da gətirib. 

Komitədən saytımıza verilən açıqlamada qeyd olunub ki, ilkin araşdırma zamanı ölkəyə idxal edilən malın gömrük dəyəri sahibkar tərəfindən bəyannamədə təhrif olunmuş formada bəyan edilib və müvafiq dürüstləşdirilmə aparılaraq bu barədə sahibkara elektron bildiriş göndərilib:"Videogörüntüdən də aydın olur ki, özünü sahibkarın yaxını kimi təqdim edən şəxs təmsilçiliklə bağlı etibarnaməsi olmadan həmin malların rəsmiləşdirilməsi üçün müraciət edərək gömrük əməkdaşına emosional formada etirazını bildirir və daha sonra qeyri-etik ifadələr, təhqirlər işlədir, bu da vəziyyəti gərginləşdirir".

Artıq məlum insidentlə bağlı ətraflı araşdırılma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunub"-deyə Komitənin məlumatında qeyd olunub.

Bir gün sonra isə bəlli olur ki, Bakı Baş Gömrük İdarəsində gömrük inspektoru Aqil İbadova emosional formada etirazını bildirən sahibkar Elçin Xancığazlı adlı şəxsdir və o, II Qarabağ müharibəsi qazisidir. Üstəlik, Komitənin müraciəti əsasında insident araşdırılıb və qazi E.Xancığazlı 20 gün müddətində həbs edilib. Beləcə, Komitə rəsmiləri hesab ediblər ki, belə olmalıdır, narazı vətəndaş, qazi cəzalanmalıdır.

Baş verən hadisəyə kənar konteksdən yanaşsaq ortaya oxşar mənzərə çıxır. O mənzərə ki, illərdir hökm sürür - Qanunsuz fəaliyyət göstərən şirkətlər, onların hələ də varlığı, ən əsası saylarının hər gün artması... 

Diqqət etsək görərik ki, Komitənin açıqlamasında bu fakta dolayı işarə var və açıqlamada dolayısı ilə demək istəyiblər ki, sahibkar qazimiz qanunsuzluq edib, etibarnaməsi olmayıb və ya bir qədər də sərt formada, bəlkə də o heç sahibkar deyil və sairə... Bir mətn şəkili ola bilər

Elə isə Gömrük Komitəsi rəsmilərinin diqqətinə bir məqamı təkrarən xatırladaq - uzun illərdir istədikləri malları ölkəyə gətirən, qanunsuz fəaliyyət göstərən, anbarı olmayan, vergi və DSMF ödəməyən, yalnız bir əməliyyat üçün yaradılan şirkətlər və onların fəaliyyətindəki qanuni və qanunsuzluğu... 

Belə şirkətlərin fəaliyyəti qanunidirmi? Siz bunları qanuni hesab edirsizmi?

Qanunsuz fəaliyyət göstərən şirkətlərin sayı hesabı yoxdur və bu fakt belə təsdiqini tapıb. Üstəlik belə şirkətlərlə necə mübarizə aparmağın yollarını tapa bilməyən qurum rəsmiləri elə tək bu qazini qanunsuz, etibarnaməsiz gördülər? Başqaları yoxdurmu? Yalnız bu idimi etibarnaməsiz?

Əlbətdə, məqsədimiz qazini, sahibkarı dövlət məmurunu təhqir edən şəxləri qorumaq deyil. Bu hal yolverilməzdir, dövlət məmurunu təhqir etmək olmaz.

Amma,“İmam üçün ağlayanda bir az da gərək yezid üçün ağlayasan”deyirlər...  Komitə də süddən çıxmış ağ qaşıq deyil.

Uzun illərdir belə şirkətlərin varlığı ilə bağlı ölkə mətbuatında silsilə materiallar dərc olunur, bunu araşdıran yoxdur, bir qazi emosional olub hansısa səhv bir addım atıb, o zaman bu qanunsuz oldu? Onlarla fəaliyyət göstərən"adnarazıvı" şirkətlərin sahibləri var deyə onlar "qanuni"dir, bu qazi sahinsizdir deyə etibarnaməsiz və ya qanunsuzdur?

Etiraf etmək lazımdır ki, Azərbaycanın Gömrük sistemində qismən müsbət addımlar atılıb, proeblemlərin sayı qismən azalıb, əvvəlki süründürməçilik, rüşvət, korrupsiya halı qismən aradan qalxıb. Amma daha böyük problem olan qanunsuz şurkətlərlə qanuni mübarizə yolu hələ də ya tapılmayıb, ya da düzgün aparılmır. Şübhə yoxdur ki, qurumdakı rəsmilər belə bu şirkətlərin fəaliyyətini, adını və kimlərə məsxus olduğunu bilir, sadəcə hələ də kökünü kəsə bilmirlər.

Başqa bir məqam... 

Gömrükdəki idxal və ixraca nəzarət etməli olan İqtisadiyyat Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədov uzun illərdir belə şirkətlərin adını, fəaliyyətini araşdıra bilmir və ya araşdırmaq istəmir... Belə şirkətlərin gətirdiyi mallar, onların sonrakı taleyi, satışı, vergisi, buna nəzarəti məhz bu Departament həyata keçirməlidir. Edə bilirmi?

Beləliklə, 2 gün öncə Bakı Baş Gömrük İdarəsində gömrük inspektoru Aqil İbadovla sahibkar qazi Elçin Xancığazlı arasında yaranan insident qəbuledilməzdir. Nə qazimiz dövlət məmurunu təhqir etməli deyildi, nə də qarşı tərəf qazimizi həbs etdirəcək qədər irəli getməli idi. Çünki o, bir qazidir, Vətən oğludur.

İstər sahibkarlar, istərsə də Gömrük Komitəsi rəsmiləri qanunların aliliyini qorumalıdır, hər xırda detalı dəqiq şəkildə araşdırılmalı, dövlətin rüsumu ödənməli, büdcəmizə xeyir verilməli və ən əsası sərbəst bazar yaradılması üçün çalışmalıdır. Artıq pul tələb etmək, bəyənnamələri səhv doldurmaq yolverilməzdir və bundan yalnız dövlət itirir.

Qanunsuz şirkətlərin fəaliyyətininin birdəfəlik dayandırılması, onları idarə edən məmurların kimliyini ortaya qoymaq üçün bəlli sistem yaradılmalıdır. Ki, bu kimi hallar yaranmasın, əlavə problemlər əmələ gəlməsin. Əks təqdirdə biz belə və bəlkə də bundan da pis hadisələrin şahidi olacağıq. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh