Göyçay sakini həmyerlisini güllələyib

Göyçay rayonunda silahlı insident baş verib. APA-nın xəbərinə görə, hadisə axşam saatlarında Göyçay çayının kənarındakı "DSR-in kafesi" adlanan yerdə baş verib.Rayon sakinləri, 1961-ci il təvəllüdlü İntiqam Xıdırov və 1970-ci il təvəllüdlü Habil Babayev kafedə yeyib içdikdən sonra kafenin həyətinə çıxıblar. Məlumata görə sərxoş olan İntiqam Xıdırov özünə məxsus "Vinçester" markalı ov tüfəngini avtomobilindən götürüb və baxmaq üçün onu Habil Babayevə verib. O tüfəngə baxdıqdan sonra geri qaytarıb. İlkin ehtimala görə İntiqam Xıdırov ehtiyatsızlıq edərək tüfəngdən atəş açıb. Güllə yaxın məsafədən açıldığı üçün Habil Babayev ağız və çənə nahiyyəsindən ağır xəsarət alıb.
O, əvvəlcə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sonra isə vəziyyəti ağırlaşdığı üçün müalicə üçün Bakı xəstəxanasına yola salınıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən şəxs saxlanılıb, odlu silah götürülüb.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












