Göyçayda 11 600 abonent iki gündür susuz qalıb - FOTO

Göyçay şəhər əhalisinə verilən içməli su tamamilə kəsilib.
Avtosfer.az xəbər verir ki, aprelin 1-də səhər saat 9:00 radələrində Göyçay şəhərinin bütün ərazisinə içməli suyun verilişi dayanıb, ümumilildə 11 600 abonent susuz qalıb. Məsələ ilə bağlı "Azərsu" ASC-nin Göyçay rayon Su-Kanal İdarəsindən APA-nın yerli bürosuna bildirilib ki, yaz-yay fəslində əhalinin içməli suya olan tələbatının artmasını nəzərə alaraq və abonentlərin su ilə təminatında fasilələrinin yaranmaması üçün qabaqlayıcı tədbirlərə başlanılıb. Bu məqsədlə aprelin 1-2-də Göyçay şəhərinin şimalında, Nizami küçəsində yerləşən 4 min kub su tutumu olan anbarın bölgü idarəetmə sistemində təmir işləri aparılıb. İkinci rezerv (köməkçi) su xəttinin qoşulması üçün aparılan təmir işləri ilə əlaqədar 1 aprel səhər saat 9:00-dan 2 aprel saat 19:00-dək şəhərin bütün əhalisinə içməli suyun verilişi dayandırılıb. Suyun verilişində yaranan çətinliyə görə rayon su idarəsi tərəfindən bir gün öncə, martın 31-də əhaliyə su ehtiyatının götürülməsi ilə bağlı müraciət olunub. İki gün ərzində su anbarınının bölgü idarəetmə sistemində aparılan təmir-bərpa işləri başa çatdırılıb, bu gün axşam saat 19:00 radələrində su anbarından Göyçay şəhərinə içməli suyun verilişinə başlanılıb. Hazırda 140 kilometr uzunluğu olan şəhər su xətti sisteminin su ilə doldurulması prosesi gedir. Bir az öncə şəhərin bəzi yerlərinə aşağı təzyiqlə su çatsa da, böyük hissəsinə içməli su gecə və səhər saatlarında çatacaq.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO












