Göyçayda binada yanğın olub, iki nəfər xəsarət alıb - FOTO - VİDEO

Göyçay rayonunda çoxmənzilli yaşayış binasında yanğın hadisəsi baş verib, xəsarət alanlar var.
APA-nın xəbərinə görə, hadisə bu gün saat 17:30 radələrində Göyçay şəhərinin Nizami küçəsindəki 29 saylı ünvanda yerləşən 16 mənzilli ikimərtəbəli yaşayış binasında baş verib. Binanın 2-ci mərtəbəsində yaşayan rayon sakini 1955-ci il təvəllüdlü Musayeva Fəridə Əsgər qızına məxsus ümumi sahəsi 70 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı evin iki otağı və içəridəki əşyalar yanıb, qalan hissə yanğınsöndürənlər tərəfindən alovdan mühafizə olunub. Yanğın zamanı təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə olunub. Yanğın qısa vaxtda söndürülüb, alovun bütün binanı əhatə etməsinin qarşısı alınıb. Hadisə zamanı ailə üzvləri evdə olub, ev sahibi, 1955-ci il təvəllüdlü Məcidov Fikrət Tərlan oğlu və onun oğlu, 1978-ci il təvəllüdlü Məcidov Pərviz Fikrət oğlu bədənin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb. Hadisənin elektrik naqilində baş verən qısaqapanma səbəbindın baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ




















