Göyçayda otbiçən maşınının partlaması nəticəsində yaralanan şəxs ölüb - YENİLƏNİB

Göyçay rayonunda otbiçən maşının mühərrikinin partlaması nəticəsində yaralanan Cavid Məcidov vəfat edib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
Göyçay rayonunda otbiçən maşınının mühərriki partlayıb, ata-oğul yaralanıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 27-də rayonun İnçə kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Cavid Məcidov otbiçən maşınının mühərrikini işə salmağa çalışıb. Bu zaman mühərrik partlayıb və yanğın başlayıb. Yaxınlıqda olan C.Məcidovun atası, 1966-cı il təvəllüdlü Sərvər Məcidov yanğını söndürməyə cəhd edib. Nəticədə hər iki şəxs ağır xəsarət alıb. Daha sonra onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda atanın vəziyyəti normaldır. Lakin həkimlər C.Məcidovun vəziyyətinin ağır kimi qiymətləndirir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, C.Məcidov Vətən müharibəsi iştirakçısıdır.
“Report”
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












