Göygöldə "Porsche" və BMW yandırıldı - YENİLƏNİB - VİDEO

Göygöl Rayon Polis Şöbəsinə rayonun A. Hacıyev küçəsində BMW və "Porsche" markalı minik avtomobillərin yanması ilə bağlı məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Avtosfer.az-a məlumat verib.
Dərhal Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəlib. YMX əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb xəsarət alan olmayıb.
Polis əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Hacıyev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Saat 01:37
Göygöldə yanğın hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun A.Hacıyev küçəsində qeydə alınıb.
İlkin məlumata görə "Porsche" və BMW markalı avtomobillər yandırılıb.
Dərhal hadisə yerinə FHN və Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.
İlkin məlumata görə yanğın qəsdən törədilib.
Faktla bağlı araşdırma aparılır.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












