Güclü külək ağacları avtomobillərin üzərinə aşırıb

İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.
Azərtac xəbər verir ki, leysan yağışları nəticəsində kiçik çaylar məcrasından çıxıb. Bəzi bölgələrdə küləyin sürəti saatda 70 kilometrə çatıb. Güclü külək ağacları və reklam lövhələrini avtomobillərin üzərinə və yollara aşırıb, binaların dam örtüklərini qoparıb. Dağlıq ərazilərə qarın hündürlüyü 33 santimetrə çatıb.
Via Rovera qəsəbəsində yol örtüyünün çökməsi nəticəsində beş metr enində və altı metr dərinliyində çuxur açılıb. Ətraf ərazidəki evlər sakinlər təxliyə olunub. Mülki müdafiə qrupları tərəfindən 50-dən çox xilasetmə işləri aparılıb. Bəzi yollar ehtiyat tədbiri olaraq nəqliyyatın hərəkətinə bağlanıb.
Lombardiya bölgəsində narıncı, Valle d'Aosta, Trentino-Alto Adige, Liquriya, Piemont və Venetonun bəzi ərazilərində isə sarı xəbərdarlıq elan edilib. Bölgədə əlverişsiz hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır, bununla bağlı əhaliyə xəbərdarlıq olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












