Güclü külək rayonlarda fəsadlar törədib; avtomobillərə ziyan dəyib - VİDEO

Lənkəranda iri gövdəli ağaclar aşıb, evlərin dam örtüyünə və avtomobillərə ziyan dəyib.
Xezerxeber.az-ın məlumatına görə, güclü külək köhnə Ələt - Astara magistralında, Lənkəranın Ləvəngi dairəsinə yaxın ərazisində iri gövdəli ağacı magistral yola və avtomobilin üzərinə aşırıb.
Daha bir ağac isə şəhərin Koroğlu küçəsində Nuranə Əliyevaya məxsus evinin dam örtüyünə aşıb.
Təbbi fəlakətin vurduğu zərər və onun aradan qardırılması üçün sakinlər dərhal aidiyyatı üzrə zəng edib kömək istəyiblər. Daha ciddi fəsadların baş verməməsi üçün əraziyə gələn elektrik enerjisinin verilişi dayandırılıb. Fəsadların aradan qaldırılmasına görə rayon icra hakimiyyəti tərəfindən texnika ayrılıb. Görülən tədbirlər nəticəsində qısa müddətdə fəsadlar aradan qaldırılıb.
Güclü külək Goranboyda da fəsadlar törədib. Rayon mərkəzi ilə yanaşı bir neçə kənddə elektrik enerjisinin verlişində fasilələr yaranıb. Təbiət hadisəsi zamanı Goran-Qızılahcılı yolunun rayonun Balakürd kəndindən keçən hissəsində yol kənarındakı iri qovaq ağacı küləyə tab gətirməyərək aşıb. Aşan ağacın iri budaqları yolda avtomobillərin hərəkətinə çətinliklər yaradıb. Rayonun Boluslu, Məşədiqaralar və digər kəndlərində isə elektirik verilişində fasilələr yaranıb. Adıçəkilən kəndlərə enerji verilişi bir neçə saat sonra bərpa edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












