Güclü qar Şamaxıda bir ailəni evsiz qoyub - FOTO

Bir neçə gündür yağan qar Şamaxının Qızmeydan kəndində Cəbrayıl Cəbiyevə məxsus yeni tikilmiş ikimərtəbəli yaşayış evinin dam örtüyünü uçurub.
Avtosfer.az xəbər verir ki, hadisə bu gün səhər saatlarinda baş verib. Belə ki, qarın ağırlığına tab gətirməyən evin dam örtüyü uçub, mənzil qəzalı vəziyyətə düşüb. Hadisə zamanı evin 2-ci mərtəbəsi tamamilə dağılıb, birinci mərtəbəsində yeni təmir olunmuş otaqlara ziyan dəyib. Otaqların divarlarındə çatlar yaranıb. Evin tavanı, döşəməsi və içindəki əşyalar suyun altında qalıb. Hadisə zamanı xəsarət alan olmasa da, ev sahibinə ciddi maddi ziyan dəyib. Uçqun nəticəsində evin dam örtüyünün bir hissəsi uçaraq qonşunun həyətinə düşüb, elektrik naqilləri qırılıb.
Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ



















