Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 3 nəfər saxlanıldı - FOTO

Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Rəşad Məmmədov saxlanılıb .
Şöbə əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı 226 qrama yaxın heroin və 2 qrama yaxın metamfetamin aşkarlanaraq götürülüb.
Polis əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat tədbirləri zamanı rayon sakinləri Hüseyn Heydarov və Seymur Əliyev də saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı isə H.Heydarovdan 90 qramdan artıq, S.Əliyevdən 11 qramdan artıq heroin götürülüb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO













