Həmkəndlisini yumruqla öldürdü

Samuxda həmkəndlisini yumruqla öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Belə ki, Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kənd sakini, 1989-cu il təvəllüdlü Oktay Əliyevin həmkəndlisi, 1993-cü il təvəllüdlü Ramil Bəşirov ilə mübahisə zamanı ölməsi barədə məlumat daxil olub.
Dərhal RPŞ və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar zamanı adıçəkilən şəxslərin içkili surətdə dalaşması, R.Bəşirovun yumruqla O.Əliyevi vuran zamanı ölməsi məlum olub.
R.Bəşirov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












