Biləsuvarda 57 yaşlı kişi xəsarət aldı, keçmiş kürəkəni saxlanıldı - YENİLƏNİB

İyunun 8-də saat 16 radələrində 1969-cu il təvəllüdlü Azad Almasovun xəsarətlərlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Biləsuvar rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, ilkin araşdırma zamanı 1989-cu il təvəllüdlü Elşən Şəbiyevin Biləsuvar rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qaynatası Azad Almasova kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Elşən Şəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İbtidai istintaq davam etdirilir.
***
Biləsuvarda 57 yaşlı kişi xəsarət alıb, keçmiş kürəkəni saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 8-də 16 radələrində rayonun Nəsimi kəndində həmin kənd sakini, 1966-ci il təvəllüdlü Azad Xeyrulla oğlu Almazova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, A.Almazovun keçmiş kürəkəni, 1991-ci il təvəllüdlü Elşən Bəhlul oğlu Şəbiyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












