İki azyaşlı evdə diri-diri yandı

Rusiyanın Krasnodar diyarının Kuşçevski rayonunun Komsomolski kəndində fərdi yaşayış evi yanıb.
Sahəsi 10 kvadratmetr olan yanğın gecə saatlarında baş verib. Yanğının söndürülməsinə 35 yanğınsöndürən və 12 ədəd texnika cəlb olunub. Yarım saatdan sonra yanğın lokallaşdırılıb, əlavə 5 dəqiqədən sonra söndürülüb.
Yanğın yerində 2020 və 2022-ci il təvəllüdlü iki uşağın meyiti tapılıb.
Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsinin mətbuat xidməti xəbər verir ki, faktla bağlı “Ehtiyatsızlıqdan iki nəfərin ölümünə səbəb olma” maddəsi ilə cinayət işi açılıb. İstintaqın məlumatına görə, evdə iki uşaqla 22 yaşlı yerli sakin yaşayıb. Güclü yanğın və tüstüdən o, uşaqlarını xilas edə bilməyib. Qadın evdən qaçıb, qonşular yanğınsöndürənləri çağırıb.
Yanğının ilkin səbəbi kimi elektrik cihazında elektrik kəsilməsi göstərilir. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












