İkinci dəfə ərə getmək istədi, anası ilə məhkəməlik oldu - Sumqayıtda QƏRİBƏ OLAY

Sumqayıtda ana qolunu buran qızından polisə şikayət edib.
Hadisə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsindəki fərdi evdə baş verib.
Belə ki, ana qızının ikinci dəfə nigah qurmasına etiraz edib və bu da onlar arasında mübahisəyə səbəb olub. Hadisədən sonra 1987-ci təvəllüdlü Aida (şərti) anası Laləzarı (şərti) evindən qovub. Bundan əsəbləşən Laləzar qızının barəsində qanuni tədbir görülməsi üçün polisə şiakyət edib. İş məhkəməyə göndərilib.
Aida məhkəmə ifadəsində bildirib ki, onun ailə qurmasına qardaşları və yaxın qohumları etiraz etməsə də, anası nikahına razı olmayıb. Bu səbəbdən də münasibətləri pozulub. Aida anasını döymədiyini, barışmağı xahiş etdiyini bildirib. Qeyd edib ki, anasının məqsədi onu evdən çıxararaq, mənzili satmaq olub. O, həmçinin bildirib ki, evi onun üçün anası almayıb. Keçmiş ərinin qızına göndərdiyi aliment pulu və maaşı, həmçinin qohumlarının köməkliyi ilə alıb.
Məhkəmə iclasında iştirak edən Laləzar bildirib ki, Aidənin yaşadığı evi onun adına özü alıb. İki yaşından nəvəsini o saxlayıb. Hazırda qızı ailəli bir şəxslə həmin mənzildə yaşayaraq, onu öz mənzilində yaşamağa qoymur. Bu səbəbdən məcbur qalaraq oğlunun evində yaşayır.
Laləzar qeyd edib ki, həmin gün paltarlarını götürmək üçün evinə gəlib. Bu zaman qızı onun qolunu buraraq, evdən çıxardıb. Laləzar qızını bağışlamadığını bildirib və onun qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş edib.
Məhkəmənin qərarı ilə Aidə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinib və 300 manat cərimə edilib. (Qaynarinfo)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












