İmişlidə kişi qonşusunun maşınının təkərini yandırdı - Polisdən REAKSİYA

Sosial şəbəkələrdə İmişli rayon Bəhramtəpə qəsəbə sakininin şikayətinə polis tərəfindən baxılmaması barədə iddialar yayılıb.
Qəsəbə sakini Qurban Babayev ədavətli olduqları şəxs tərəfindən "Shagman" markalı avtomobilinin yandırıldığını və rayon Polis Şöbəsində onun şikayətinə baxılmadığını iddia edib. Şikayətçi bu barədə ölkə başçısına müraciət də edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov iddiaların əsassız olduğunu qeyd edib.
Onun sözlərinə görə, bu ilin fevral ayının 25-də İmişli rayonu Bəhrəmtəpə qəsəbə sakini Q.Babayev DİN-in "102" xidmətinə zəng edərək oğlu E.Babayevin idarə etdiyi “Shagman” markalı yük avtomobilin Hakim adlı şəxs tərəfindən yandırılması barədə məlumat verib:
"Daxil olan məlumatla əlaqədar şöbə əməkdaşları hadisənin baş verdiyi ərazidə olublar və müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin ətrafda yaşayan H.Hüseynov qonşuları Q.Babayev və E.Babayevlə aralarında yaranmış mübahisədən sonra heç kimin olmadığı bir vaxtda E.Babayevin idarə etdiyi yük avtomobilinin təkər hissələrini qəsdən yandırmaqla özgənin əmlakına yönəlmiş hərəkətlər edib.
H.Hüseynovun əməlində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində qərar qəbul edilib və inzibati tənbeh tədbirinin tətbiq olunması üçün qərarın sürəti aidiyyatı üzrə RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinə göndərilib. Daha sonra H.Hüseynov barəsində qeyd olunan maddə ilə protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün İmişli rayon məhkəməsinə göndərilib.
Materialda qeyd edilən hadisənin düzgün araşdırılırmaması ilə bağlı iddialar əsassızdır". (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












