"İnstagram"da səhifə açıb ev tikdirənlərin pullarını aldı - Abşeronda ŞOK dələduzluq

Abşeronda ev tikmək istəyənlərə qarşı dələduzluq edilib.
M. Məhsulov “İnstagram” sosial şəbəkəsində hesab açaraq, ev tikintisi və təmiri ilə məşğul olduğunu bildirib. Bunu görən izləyicilərdən ona müraciət edənlər də olub.
O, ev tikmək və ya təmir etdirmək üçün müraciət edənlərlə notariatda sənəd də təsdiqlədib. Ancaq ittiham aktına görə, M. Məhsulov müraciət edən 4 nəfərdən pul alaraq, xidmət göstərməyib. Belə ki, o, ya material bahadır deyib evlərin tikintisinə başlamırmış, ya da işi yarımçıq qoyub gedirmiş.Həmin 4 zərərçəkmişin isə ümumilikdə 44 min 114 manatını ələ keçirib. Zərərçəkənlərin hüquq-mühafizə orqanlarına müraciətindən sonra Məhsulov istintaqa cəlb edilib. Barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə) maddəsilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə istintaqı davam edir. İlk məhkəmə prosesi yanvarın 26-da keçiriləcək. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












