İranda hərbi bazaya dron hücumu olub - FOTO

Tehranın qərbində yerləşən və SEPAHA-a məxsus “Şəhid Hemmət” hərbi bazası hücuma məruz qalıb.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə Küveytin “Əl-Qəbəs" qəzeti öz mənbələrinə istinadən yazıb. Məlumata görə, hadisə cümə günü gecə saatlarında baş verib. Hücumun hədəfinin ballistik raketlərin və uzaqmənzilli raketlərin layihələndirilməsi və istehsalı ilə məşğul olan tədqiqat mərkəzlərinin olduğu bildirilir. Belə ki, bu yaxınlarda həmin hərbi bazada ballistik raketlərin mühərriki sınaqdan keçirilib. Güman olunur ki, bu hücum İran ərazisindən və adıçəkilən bazadan 10 km məsafədən qalxan dronlar vasitəsilə həyata keçirilib. Ekspertlər hesab edirlər ki, qeyd edilən dronlar xaricdə hazırlanıb, ayrı-ayrı hissələr şəklində gizli şəkildə İrana keçirilib və ölkədə yığılıb. Həmçinin, məlumatlı mənbələr xəbər verir ki, şənbə günü İranın müdafiə naziri Məhəmməd Aştitani ciddi təhlükəsizlik tədbirləri altında sözügedən bazaya baş çəkib. Çox güman ki, o, bazaya, xüsusilə onun raket tədqiqat mərkəzlərinə endirilən zərbələri qiymətləndirmək üçün gəlib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












