İşə düzəltmək adı altında aldadan şəxs həbs olunub - FOTO

Bakıda vətəndaşları işə düzəltmək adı altında aldadan şəxs saxlanılıb.
DİN-dən Avtosfer.az-a bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının vətəndaşlardan daxil olan müraciətlər əsasında keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Hicran Şeyxov tutulub.
Onun bir neçə şəxsin etimadından sui-istifadə etməklə müxtəlif dövlət qurumlarında işə düzəlməkdə köməklik edəcəyinə dair yalan vədlər verərək zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirdiyi müəyyən edilib.
H.Şeyxov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onun əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə DİN-in “102 - Zəng Mərkəzi”nə, eləcə də ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












