İsmayıllıda çökən talvar insanları evə həbs etdi - VİDEO - FOTO

Güclü qarın yağması nəticəsində İsmayıllı rayonunun Basqal qəsəbəsində vətəndaşa məxsus fərdi yaşayış evinin qarşısındakı talvar çöküb evin giriş hissəsini bağlayıb. Nəticədə sakinlər evdə köməksiz vəziyyətdə qalıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda qeyd edilib. Məlumatla əlaqədar dərhal çağırış ünvanına FHN Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaş Kazımov Əbülfəz Həsən oğluna məxsus fərdi yaşayış evinin qarşısındakı talvarın yağan qarın ağırlığına tab gətirməyərək çökməsi nəticəsində evin giriş-çıxışının bağlanması və evdə iki nəfərin köməksiz vəziyyətdə qalması müəyyən edilib. Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif avadanlıqlardan istifadə olunmaqla fərdi yaşayış evinə bitişik tikilmiş ümumi sahəsi 35 kv.m olan talvar sökülərək evə giriş-çıxış bərpa olunub və evin sahibi və həyat yoldaşı xilas edilib.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












