İsmayıllıya güclü qar yağdı, Lahıcda uçqun oldu - VİDEO

Ötən bir həftə ərzində İsmayıllı rayonuna yağan güclü qar səbəbindən xüsusilə kənd yollarında avtomobillərin hərəkətində ciddi problemlər yaranıb. Avtosfer.az xəbər verir ki, İsmayıllının yüksək dağlıq ərazilərindəki kəndlərdə qarın hündürlüyü yarım metr, bəzi yerlərdə isə bir metrədək olub. Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdağ, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərində əhalinin rayon mərkəzinə minik avtomobilləri ilə gediş-gəlişi dayanıb, yalnız yük maşınları ilə hərəkət etmək mümkündür. Bəzi kəndlərdə qarın ağırlığına tab gətirməyən köhnə elektrik dirəkləri aşıb, naqillər qırılıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb. Bir neçə evin, tövlənin və yarımtikilinin dam örtüyü qarın təsirindən çöküb. Qeyd edək ki, İsmayıllı-Lahıc avtomobil yolunun keçdiyi Niyal dağ silsiləsində qar uçqunu baş verib. Hündür dağlardan gələn böyük qar kütləsi avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Yolun açılması üçün əraziyə ağır texnikalar cəlb olunub. Lahıc qəsəbəsinin icra nümayəndəsi Əli Əlizadənin verdiyi məlumata görə, dünəndən başlayan güclü qar səbəbindən İsmayıllı-Lahıc avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində iki dəfə qar uçqunu baş verib. Yolda hərəkət bir saat dayanıb. Yol istismar idarəsinin əməkdaşları tərəfindən əraziyə ağır texnika cəlb olunub və avtomobillərin hərəkəti bərpa edilib. Girdiman çayından yuxarı dağətəyi kəndlərə də yağan qar səbəbindən kəndlərlə qəsəbə arasında gediş-gəliş müvəqqəti dayanıb. İsmayıllı, Ağsu və Şamaxı ərazisinə yağan qar səbəbindən Ağsu dolaylarında, Muğanlı-İsmayıllı, Lahıc-Dəmirçi-Pirqulu yollarında da avtomobillərin hərəkəti çətinləşib. Hazırda yolların qardan və buzdan təmizlənməsi, nəqliyyat vasitələrinin intensiv hərəkəti üçün işlər görülür.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












