Kartından pul tutulan vətəndaşın problemi həll olundu - AÇIQLAMA - YENİLƏNİB - FOTO

Bir neçə gün əvvəl Avtosfer.az saytında ““Access Bank” borcu olmayan vətəndaşın pensiyasından pul tutdu” başlıqlı xəbər dərc olunmuşdu. Xəbərdə vətəndaşın borcu olmadığı halda ondan bankın pul tutduğu bildirilmişdi.
“Access Bank” Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın problemi həll olunaraq vəsait hesabına köçürülüb.
Bu barədə vətəndaşla da əlaqə saxladıq. O bildirdi ki, tutulan məbləğ geri qaytarılıb.
***
15.03.2024
16:46
Banka borcu olmayan vətəndaşın pensiyasından məbləğ tutulub. Avtosfer.az xəbər verir ki, yaşadığı problemlə bağlı redaksiyamıza vətəndaşın özü müraciət edib.
Vətəndaş Tərlan Məmmədov deyir ki, bir neçə aydır zamin qaldığı şəxsin ödəmədiyi kredit borcunu öz pensiyası vasitəsilə “Access Bank”a ödəyir. Keçən ay kredit məbləği tam ödənilib. Lakin bu ay martın 15-i heç bir borc olmadan vətəndaşın pensiyasından bank yenə pul tutub. Vətəndaş bununla bağlı “Access Bank”ın baş ofisinə müraciət edib. Orada Tərlan Məmmədova bildirilib ki, məbləğ səhvən tutulub. Vətəndaş üçün yeni hesab açılıb, amma saatlarla gözlədikdən sonra məbləğin yalnız gələn ay geri qaytarıla biləcəyi bildirilib.
Şikayətçi iddia edir ki, hətta bankın əməkdaşlarından biri ona bildirib ki, bankın pulu səndə necə qalmışdısa, sənin də pulun bizdə qala bilir.
Qeyd edək ki, Tərlan Məmmədov 2-ci qrup əlildir. Aldığı pensiya onun ehtiyacları üçün nəzərdə tutulub. Lakin baş verən xoşagəlməz hall vətəndaş üçün ciddi problemə səbəb olub. Hətta şikayətçi narahatdır ki, bu hal hər ay baş verə bilər.
Məhəbbət Tərlanoğlu
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO













