Keçmiş icra məmuruna qarşı 35 min manatlıq dələduzluq

Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin keçmiş böyük icra məmuru dövlət şirkətlərinin birində işə düzəltmək istəyərkən dələduzluqla üzləşib.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, Nicat adlı (soyadını dəqiqləşdirə biımədik) həmin keçmiş icra məmuru ortaq tanışları vasitəsi ilə tanıdğı Xəyal adlı şəxsə işə düzəlmək üçün 35 000 manat pul verib. Sonradan isə aldanıldığını başa düşərək pulunu geri tələb edib.
Xəyal pulu qaytarmadığı üçün isə hüquq-mühafizə orqanlarına müraciət etməli olub. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanıb və Xəyal şübhəli şəxs qismində saxlanılıb. Daha sonra təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilən Xəyal barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Şamaxı Rayon Məhkəməsində hakim Natiq İsmayılovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilsə də, Nicatı işə düzəltmək üçün pulu başqa bir adama verdiyini deyib. Həmin şəxs pulu qaytarmadığına görə Nicata dəymiş ziyan ödənilməyib.
Məhkəmənin hökmü ilə Xəyal 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












