Keşiş qızının sevgilisi üçün killer tutdu

ABŞ-ın Kaliforniya ştatının Viktorvil şəhərində keşiş Samuel Pasilyas qızının sevgilisi üçün sui-qəsd təşkil edib.
Avtosfer.az-ın Lent.az-a istinadla bildirir ki, keşiş sui-qəsddə ittiham olunaraq həbs edilib. Polis müəyyən edib ki, o, 21 oktyabr 2023-cü il axşam saatlarında naməlum şəxslərin gənc oğlanın avtomobilinə atəş açması nəticəsində baş verən hücuma görə cinayəti törədənlərə təxminən 40 min dollar ödəyib.
İstintaq müəyyən edib ki, Pasilyas qətli törədənlərlə görüşlər təşkil edib, onlara hədəf və onun hərəkətləri barədə məlumat verib. Cinayətkarlar hücumdan bir neçə həftə əvvəl qurbanı izləyiblər. Martın 13-də keşiş adam öldürməyə cəhd və sui-qəsddə şübhəli bilinərək həbs edilib.
Polis cinayəti törədənlərdən birini də saxlayıb və hər iki şübhəli üçün 1 milyon dollar girov tələb olunub. İstintaq çərçivəsində axtarışlar aparılıb, hüquq-mühafizə orqanları cinayətdə iştirak edən bütün şəxslərin müəyyən edilməsi istiqamətində işləri davam etdirir.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












