KFC Bakıda müştərilərə qanlı toyuq satır? - AÇIQLAMA

Dünyaca məşhur “fast food” şəbəkəsi KFC-nin Azərbaycandakı fəaliyyəti və satışa çıxarılan məhsulların təhlükəsizliyi ilə bağlı suallar artıb. Son illərdə bu restoran şəbəkəsi tez-tez şikayətlərlə gündəmə gəlir. İstehlakçılar məhsulların bayat və ya tam bişməmiş şəkildə verildiyini bildirirlər.
Növbəti belə şikayətlərdən biri də sosial şəbəkələrdə paylaşılıb.
Avtosfer.az xəbər verir ki, restorana üz tutan müştəri ona təqdim edilən toyuğun çiy, xoşagəlməz qoxulu olduğunu və üzərində qan izləri gördüyünü bildirib.
Müştəri narazılığını belə ifadə edib:
“O boyda yol gedirik, pul veririk. Amma o qədər iyrəndim ki, artıq toyuğa baxa bilmirəm”.
Sözügedən paylaşıma yüzlərlə istifadəçi şərh yazaraq, oxşar vəziyyətlə qarşılaşdıqlarını, satılan ətin çiy və qanlı olduğunu iddia ediblər. Həmin şərhlərdən bir neçəsini təqdim edirik:




Qida eksperti İlkin Şirinov Bakupost.az-a bildirdi ki, görüntülərdən toyuğun xarici hissəsi ədviyyatlarla qızardılmış olsa da, daxili hissəsinin çiy qaldığı hiss olunur:
“Bunu həm rəngindən, həm də sümük üzərindəki mayedən anlamaq mümkündür. Belə hallar adətən müştəri sıxlığı və sifarişlərin tez çatdırılması səbəbindən baş verir. Bəzən məhsul tam bişmədən təqdim olunur ki, bu da narazılıq yaradır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, birlik bu məsələdə istehlakçılarla maarifləndirmə işləri aparır:
“Xüsusilə azyaşlı uşaqların McDonald’s, KFC kimi məkanlardan istifadəsinin məhdudlaşdırılmasını tövsiyə edirik. Bu şirkətlər insanların sıx olduğu yerlərdə aktiv şəkildə təmsil olunurlar. Təəssüf ki, yerli ekoloji məhsullar arxa planda qalır.
Belə hallarla bağlı video paylaşan şəxslər mütləq məhsulu haradan aldıqlarını dəqiq göstərməlidirlər. Əks halda, bu cür iddialar rəqib şirkətlərin fəaliyyəti kimi qiymətləndirilə bilər. Vətəndaşlara tövsiyə edirik ki, 1100 qaynar xətti vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsinlər”.
Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi - VİDEO - YENİLƏNİB
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO
Bilgəhdə altı nəfər suda batdı, biri öldü
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu
Daha bir tiktoker cəzalandırıldı: Psixiatriya xəstəxanasına yerləşdirildi
Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş - FOTO - YENİLƏNİB
Qəbələdə avtomobil yanaraq külə döndü - VİDEO
Şəhid anası oğlunun ildönümündə vəfat etdi - FOTO
Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü
Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi
Polis sərxoş azərbaycanlı sürücünü deportasiya etmək istədi, məhkəmə MANE OLDU











