Kirayə pulu verməkdən BEZDİ, 16 il MAĞARADA YAŞADI

ABŞ-da Suelo kimi tanınan Daniel Şellabarger kirayə haqqını ödəməkdən bezdiyi üçün müasir şəraitdən imtina edərək mağarada yaşamağa başlayıb.
Həmin şəxsi yaşadığı yerə görə pul ödəməli olduğu həyat tərzi onu qane etməyib.
Bunu qəbul etmək əvəzinə o, bir növ mağara adamı olmağa qərar verib. Suelo kimi tanınan Daniel Şellabarger Yuta ştatının Moab yaxınlığındakı mağarada sadəcə 16 il yaşamayıb, digər müasir rahatlıqlardan da imtina edib. Xüsusilə də, puldan.
“Cibimdən pulu çıxardım və Pensilvaniyadakı bir telefon köşkünə getdim, üstünə qoydum və düşündüm ki, kimsə onu alacaq. Bunu edəndə bu, mənim üçün həqiqətən mistik idi, bayıra çıxdım və başıma ilıq su tökülən kimi sadəcə azadlıq hiss etdim "deyə həvəskar qeyd edib.
Bəs, 16 ildə necə sağ qalıb?
Məlum olub ki, bu işdə ona zibil qablarından və yollardan tapdığı əşyalar, mağarasının yaxınlığında yetişdirdiyi tərəvəzlər kömək edib. Kişi etiraf edib ki, pulsuz yaşamaq çətin deyil, çünki insanlar çox şeyi atırlar. Onun sözlərinə görə, zibil qutularından yediyi heç nə onu xəstələndirməyib.
Suelo heç vaxt qida, pul və ya hökumət dəstəyinin olmadığını söyləyib. Lakin o, bloqunu idarə etmək üçün kitabxananın kompüterindən istifadə edib. Shellabargerin sözlərinə görə, o, müasir həyatından çox depressiyaya düşdüyü üçün həyatını belə köklü şəkildə dəyişməyə qərar verib. Keçmiş həyatında o intihar etmək barədə çox düşünürmüş.
Lakin o, yaşlı valideynlərinə baxmaq lazım olduğu üçün 2016-cı ildə müasir sivilizasiyaya qayıtmaq məcburiyyətində qalıb. Amerikalı deyir ki, mağarada yaşadığı müddətdə azadlıq qazanıb, depressiyadan xilas olub. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












