Kişini öldürüb evini yandırdılar - İmişlidə DƏHŞƏT

İmişlidə yanan evdə meyiti tapılan şəxsin qətlə yetirildiyi ehtimal edilir. Avtosfer.az-ın APA-ya istinadla verdiyi məlumata görə, Qaradonlu kənd sakini, 69 yaşlı Sədrəddin Fərəcovun qətlə yetirildiyi, daha sonra evin yandırıldığı bildirilir. Məlumata görə, faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma gedir.
Qeyd edək ki, İmişli rayon sakininə məxsus 3 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın yerinin kəşfiyyatı zamanı kişi meyiti aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon mərkəzinə yerləşdirilib. Ölən şəxsin həmin evdə kirayədə yaşayan İmişli rayonunun Qaradonlu kənd sakini Sədrəddin Qüdrət oğlu Fərəcov olduğu müəyyən edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












