Könül Həmzəyeva ilə bağlı qərar verildi

“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, müstəntiqin xanım iş adamı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verdiyi vəsatəti Xəzər rayon prokuroru təmin etməyib.
Xatırladaq ki, bir neçə gün bundan öncə Könül Həmzəyeva Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində saxlanılıb.
Xanım iş adamı külli miqdarda dələduzluqda ittiham olunur.
K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilmişdi.
Qeyd edək ki, 1 ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət edib. Onlar Xətai Rayon Polis İdarəsinə müraciət edib. Könül Həmzəyevanın Fidan Rzayevadan (Fidan Zeyn) 150 min, Əfsanə Qasımovadan (Azerina) 300 min manat mənimsədiyi ittiham edilir.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












