Koreyalı qadın qonşularına əsəbiləşib - 18 mərtəbəli binanı yandırdı

Cənubi Koreyada çoxmərtəbəli yaşayış binasında ard-arda bir neçə yanğın törətməkdə şübhəli bilinən qadın polis tərəfindən həbs edilib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “The Korea Herald” portalı məlumat yayıb. Məlumata görə, hadisə mayın 29-da İmsonq rayonunda yerləşən 18 mərtəbəli yaşayış binasında baş verib. Belə ki, şübhəli qadın binanın daxilindəki beş fərqli nöqtədə kağız və karton qutuları yandıraraq qəsdən yanğın törədib. Binanın sakinləri alovu vaxtında fərq edərək öz qüvvələri ilə söndürməyə nail olublar. Hadisə nəticəsində tüstüdən zəhərlənən 3 nəfər dərhal xəstəxanaya yerləşdirilib. Asayiş keşikçiləri binadakı təhlükəsizlik kameralarının görüntülərini araşdırdıqdan sonra qadını yaxalaya biliblər. Saxlanılan şəxs ilkin dindirmə zamanı günahını danmağa çalışsa da, sonradan qutuları alışqanla yandırdığını etiraf edib. Müstəntiqlərin sözlərinə görə, qadın uzun müddətdir binadakı qonşuların zibilləri ümumi istifadə sahələrinə atmasından narazı olub və həmçinin iş yerində ciddi stress keçirdiyi üçün bu yola əl atıb. Xatırladaq ki, son günlər Cənubi Koreyada qadınların törətdiyi qeyri-adi cinayət hadisələri medianın diqqətindədir. Bundan əvvəl ölkədə keçmiş sevgilisini gizlicə təqib edən bir qadın məhkəmə tərəfindən 10 milyon von (təxminən 6,6 min dollar) məbləğində cərimə olunmuşdu.
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü












