Küçəni zibilləyən sürücü cəzalandırıldı - 8 sutka həbs olundu

Nəsimi rayonu, Salamzadə küçəsi 53-də ətrafı zibilləyən sürücü həbs olunub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1992-ci il təvəllüdlü Q.Z. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub. İşə məhkəmədə baxılıb. Məlum olub ki, təqsirləndirilən şəxs Nəsimi rayonu, Salamzadə küçəsində "Qazel" markalı maşının içərisindəki zibil yığınını süpürərək yerə atıb. Polis əməkdaşları ona yaxınlaşıb və şəxsiyyətini təqdim etməsini xahiş edib. Buna cavab olaraq həmin şəxs nəlayiq ifadələr işlətməklə polisin qanuni tələblərinə tabe olmayıb. Məhkəmənin qərarı ilə Q.Z. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib. O, 8 gün müddətə həbs edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












