Kür çayının yatağında orta əsrlərə aid maddi-mədəniyyət nümunələri tapıldı - FOTO

Kür çayının yatağında orta əsrlərə aid maddi-mədəniyyət nümunələri tapılıb.
Kürün Salyan şəhəri ilə Neftçala rayonunun Şorkənd kəndi ərazisindən keçən hissəsində çay quruduğundan yataqdan qədim maddi-mədəniyyət nümunələri aşkar edilib.
Tək və ikiqulplu küplər, şirli-şirsiz saxsı qablar və 100-ə yaxın digər məişət əşyaları tapılıb. Tarixi abidələrin orta əsrlərə aid olduğu ehtimal edilir.
Artıq bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan regional idarəsinə məlumat verilib.
Tarixi abidələr aktlaşdırılaraq Neftçala tarix-diyarşünaslıq muzeyinə veriləndən sonra tədqiqat işləri aparılacaq.
Qeyd edək ki, ötən ilin aprelində də Neftçala rayonunun Cəngan, Pirəbbə və Bala Surra yaşayış məntəqələrində Kür çayının sahilində küp qəbirlər aşkar edilmişdi. (report)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












