Kürdəmirdə baş verən qətlin təfərrüatları məlum oldu

Kürdəmirdə baş verən qətlin təfərrüatları məlum olub.
55 yaşlı rayon sakini 46 yaşlı həmyerlisinə “Makarov” tipli tapança ilə 3 güllə xəsarəti yetirərək onu qətlə yetirib.
Hadisə rayonun 69-cu məhəlləsi adlanan ərazisində qeydə alınıb. Belə ki, aralarında yaranan mübahisə zəminində rayonun Muradxan kənd sakini əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu rayonun Sor-Sor kənd sakini, hazırda Bakı şəhərində yaşayan 1977-ci il təvəllüdlü Məmmədov Müşfiq Cümşüd oğluna “Makarov” tipli tapança ilə üç güllə xəsarəti yetirib.
Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o xəstəxanada dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Hadisəni törədən Cümşüd İslamov isə rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ondan cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb.
Qeyd edək ki, mərhum Müşfiq Məmmədov Bakı şəhərindən Kürdəmirə oğlunun sabah Mingəçevir şəhərində baş tutacaq magistratura imtahanında iştirak etmək üçün gəlmişdi.(report)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












